Dünya enerji bazarlarında neft qiymətlərində artım müşahidə olunur. Ticarət əməliyyatları zamanı Brent markalı neftin qiyməti 87 ABŞ dollarını ötüb.
BBN.az xəbər verir ki, ICE London qitələrarası birjasında 2026-cı ilin sentyabr ayı üzrə Brent markalı neft fyuçerslərinin qiyməti əvvəlki sessiya ilə müqayisədə 3,71 faiz yüksələrək bir barel üçün 87,21 ABŞ dollarına çatıb.
ABŞ bazarında da analoji dinamika qeydə alınıb. NYMEX əmtəə birjasında 2026-cı ilin avqust ayı üzrə WTI markalı xam neftin fyuçersləri 3,46 faiz bahalaşaraq 82 ABŞ dolları səviyyəsində ticarət olunub.
Beləliklə, hər iki əsas etalon neft markası üzrə qiymətlərdə yüksəliş tendensiyası davam edir.