Çərşənbə səhəri neft qiymətləri artmağa davam etdi.
BBN.az xəbər verir ki, Londonun ICE Futures birjasında aprel ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 0,55 dollar (0,82%) artaraq bir barel üçün 67,88 dollara çatıb. Çərşənbə axşamı isə Brent markalı neftin qiyməti 1,03 dollar (1,6%) artaraq bir barel üçün 67,33 dollara çatıb.
İnvestorlar ABŞ və İran arasında gərginliyin yeni bir mərhələsinin artmasından ehtiyat edərək Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər.