Dünya bazarında neft qiymətləri artıb

Dünya bazarında neft qiymətləri Yaxın Şərqdə gərginliyin artması fonunda artıb.

BBN.az xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin sentyabr fyuçersləri 1 barel üçün 0,32 ABŞ dolları (0,39 %) bahalaşaraq 81,45 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçersləri isə bir barel üçün 0,26 ABŞ dolları (0,34 %) bahalaşaraq 77,42 ABŞ dolları olub.

Ötən həftənin yekununda isə “Brent” markalı neft 1,8 %, WTI markalı neft 1,9 % ucuzlaşıb.

Related posts

Rusiya benzin ixracına qoyulan məhdudiyyətləri ilin sonuna qədər uzadıb

Azərbaycan nefti ucuzlaşıb

“Brent” neftinin qiyməti 80 dollara yaxınlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı