Dünya bazarında xam neft və təbii qaz qiymətlərində risklər mövcuddur

Maliyyə naziri Sahil Babayev açıqlamasında bildirib ki, gələn ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 65 ABŞ dolları, qazın isə 1000 kubmetr üçün 262 ABŞ dolları proqnozlaşdırılıb.

Nazir vurğulayıb ki, bu göstəricilər beynəlxalq meyarlar əsasında müəyyən edilir və onların tam olaraq doğrulacağına zəmanət yoxdur. “Neftin qiymətində ciddi azalma büdcənin icrasına mənfi təsir göstərə bilər,” – deyə Sahil Babayev qeyd edib.

O əlavə edib ki, 2026-cı ilin istənilən dövründə neftin qiyməti büdcədə nəzərdə tutulan səviyyədən aşağı düşə bilər, lakin qiymət artdıqca orta illik göstərici büdcənin icrasını təmin edəcək.

Nazir misal olaraq bildirib ki, bu ilin büdcəsində neftin qiyməti 70 ABŞ dolları səviyyəsində müəyyən edilmişdi və ilin böyük hissəsində, sentyabr-oktyabr aylarına qədər, orta satış qiyməti 72 ABŞ dollarından yuxarı olub. “Sentyabr ayında qiymətlər 60-62 dollar ətrafında dəyişsə də, orta göstəricimiz 70 ABŞ dollarından yüksək olduğu üçün büdcə gəlirləri artıqlaması ilə təmin edildi,” – deyə o bildirib.

Related posts

ABŞ-ın büdcə kəsiri 600 milyard dolları keçib

Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi

Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı