Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI (Qərbi Texas) xam neftinin 1 barrel-ə görə qiyməti 0.55 dollar, yaxud 0.67% yüksələrək 82.86 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.65 dollar, yaxud 0.74% yüksələrək 88.10 dollara satılır. Təbii qazın qiymətləri isə 0.01 dollar, yaxud 0.27% artaraq 3.36 dollara ticarət edilir.
Qeyd edək ki, OPEC+-dən bildirilib ki, tələb artdığından dolayı neftin qiymətləri yüksək qalmağa davam edəcək.