Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI (Qərbi Texas) xam neftinin 1 barrel-ə görə qiyməti 0.26 dollar, yaxud 0.30% azalaraq 86.43 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.07 dollar, yaxud 0.08% azalaraq 89.58 dollara satılır. Təbii qazın qiymətləri isə 0.01 dollar, yaxud 0.19% yüksələrək 3.12 dollara ticarət edilir.
Qeyd edək ki, OPEC+-dən bildirilib ki, tələb artdığından dolayı neftin qiymətləri yüksək qalmağa davam edəcək.