Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.82 dollar, yaxud 1.06% artaraq 78.31 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.70 dollar, yaxud 0.86% yüksələrək 81.68 dollara satılır. Təbii qazın qiymətləri isə 0.10 dollar, yaxud 2.06% artaraq 5.10 dollara ticarət edilir.
Brent xam neftinin qiyməti ilə bağlı proqnoz isə budur ki, 2022-ci ilin IV rübündə 1 barrelinə görə 93 dollar, 2023-cü ildə isə 95 dollar olacaq.