Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 1.16 dollar, yaxud 1.23% artaraq 87.53 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə, Brent xam nefti isə 1.21 dollar, yaxud 1.29% artaraq 94.88 dollara satılır. Təbii qazın qiymətləri isə 0.10 dollar, yaxud 1.50% azalaraq 6.13 dollara ticarət edilir.
Brent xam neftinin qiyməti ilə bağlı proqnoz isə budur ki, 2022-ci ilin IV rübündə 1 barrelinə görə 93 dollar, 2023-cü ildə isə 95 dollar olacaq.