Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.38 dollar, yaxud 0.46% enərək 83.11 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.25 dollar, yaxud 0.29% azalaraq 85.57 dollara satılır. Təbii qazın qiymətləri isə 0.01 dollar, yaxud 0.30% bahalaşaraq 3.39 dollara ticarət edilir.
Qeyd edək ki, ötən gün İsrail-Fələstin müharibəsindən dolayı neftin qiymətləri 4%-dən çox bahalaşmışdı.