Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.87 dollar, yaxud 1.10% enərək 78.29 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.95 dollar, yaxud 1.14% azalaraq 82.17 dollara satılır. Təbii qazın qiymətləri isə 0.03 dollar, yaxud 1.35% azalaraq 2.19 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı son proqnoz göstərir ki, qiymətlər 100 dollara çatacaq, ancaq bu uzunmüddətli olmayacaq.