Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.47 dollar, yaxud 0.66% artaraq 71.84 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.51 dollar, yaxud 0.66% yüksələrək 77.31 dollara satılır. Təbii qazın qiymətləri isə 0.02 dollar, yaxud 0.59% artaraq 3.06 dollara ticarət edilir.