2024-cü ildən başlayaraq dünya bazarlarında gümüşün qiyməti əhəmiyyətli dərəcədə yüksəlməkdədir.
Gümüşün bir troya unsiyasının qiyməti 2025-ci ilin aprelində 36 dollar, oktyabrın 16-da isə 54 dollara çataraq investorlara altı ay ərzində 50 faiz gəlir təmin edib.
Lakin oktyabrın ikinci yarısında qiymətlər təxminən 10 faiz azalıb.
Dekabrın 1-nə gümüşün qiyməti bir troya unsiya üçün 57,56 dollar təşkil edib. Bu artımın əsas səbəbləri arasında geosiyasi və iqtisadi qeyri-müəyyənliklər, mərkəzi bankların alışları, fərdi və institusional investorların tələbi, həmçinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini azaltması göstərilir. Oktyabrın əvvəlində tələbin kəskin artması nəticəsində ABŞ və Çindən Londona böyük həcmdə gümüş hava yolu ilə daşınıb. Müstəqil metal treyderi Tai Vongun təxmininə görə, ABŞ-dan Londona həftə ərzində 311-467 ton gümüş göndərilib.
Ekspertlər 2026-cı il üçün gümüşün orta qiymətinin bir troya unsiya üçün təxminən 50 dollar olacağını bildirirlər. İyul ayında isə bu göstərici 38 dollar səviyyəsində idi.
Mütəxəssislər qeyd edirlər ki, gümüşün qiymətindəki dəyişikliklər qızılın qiymət dinamikası ilə paralel gedir, lakin gümüşün qiymətindəki artım və azalmalar qızıldan daha kəskin olub. Qlobal inflyasiya narahatlıqları və faiz dərəcəsi siyasəti ilə bağlı qeyri-müəyyənliklər investo