Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.13 dollar, yaxud 0.16% bahalaşaraq 81.66 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.14 dollar, yaxud 0.16% yüksələrək 85.75 dollara satılır. Təbii qazın qiymətləri isə 0.02 dollar, yaxud 0.73% artaraq 2.20 dollara ticarət edilir.
Qeyd edək ki, xam neftin qiyməti ilə bağlı son proqnoz göstərir ki, qiymətlər 100 dollara çatacaq, ancaq bu uzunmüddətli olmayacaq.