Dünyada eyni vaxtda elan olunacaq oyuna Azərbaycan da qatılacaq

27 – 31 yanvar tarixlərində dünyanın 200-yə yaxın ölkəsində eyni anda təşkil edilən “Global Game Jam 2021”-ə qoşulmaq mümkün olacaq. Oyun Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Game Tech Azerbaijan”ın təşkilatçılığı, “SUP VC”, “Next Step” İnnovasiya Mərkəzi, “Creative.az” və “Mad Rooster” şirkətlərinin dəstəyi ilə Azərbaycanda da baş tutacaq.

Məqsəd Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, bu sahəni inkişaf etdirmək, xüsusilə beynəlxalq arenaya çıxışlarına kömək etməkdir.

Ölkəmizdə “Global Game Jam Azerbaijan” ilk dəfədir ki onlayn keçirilir. Tədbirdə oyun yaratmağa həvəsli proqramçılar, rəssamlar, dizaynerlər, “3D” modelçilər, səs və vizual effekt mütəxəssisləri iştirak edə biləcəklər.

Müsabiqə zamanı iştirakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Mövzu bütün dünyada eyni vaxtda elan olunacaq. “Global Game Jam 2021”-in iştirakçıları dəyərli hədiyyələr qazanacaqlar.

Qeyd edək ki, qeydiyyat iki mərhələdən ibarətdir. Aşağıdakı qeydiyyat linklərinə daxil olmaqla “Global Game Jam”də iştirak etmək mümkündür.

  1. https://globalgamejam.org/user/signup/to/participate/using
  2. http://bit.ly/34NgmV6

Related posts

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

Nazir müavini Vüsal Nəsirli Şabran rayonunda vətəndaşları qəbul edib

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı