ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025–2026-cı illər üzrə maye karbohidrogenlərin gündəlik qlobal hasilatı ilə bağlı proqnozunu yeniləyib.
“BBN.az”ın EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə:
-
2025-ci ildə gündəlik qlobal maye karbohidrogen istehsalının orta hesabla 105,36 mln. barel olacağı proqnozlaşdırılır. Bu, əvvəlki proqnozdan 0,75 mln. barel çoxdur.
-
2026-cı ildə isə istehsalın 106,35 mln. barel səviyyəsində olacağı gözlənilir (öncəki proqnoz: 105,72 mln. barel).
Keçmiş illərin göstəriciləri:
-
2024-cü il – 102,8 mln. barel (2023-cü il ilə müqayisədə +0,78 mln. barel)
-
2023-cü il – 102,02 mln. barel
-
2022-ci il – 99,99 mln. barel
-
2021-ci il – 95,7 mln. barel
-
2020-ci il – 93,84 mln. barel
-
2019-cu il – 100,61 mln. barel