Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Neftin qiyməti 65 dollar səviyyəsində proqnozlaşdırılır – ÜDM-də artım gözlənilir - BBN

Neftin qiyməti 65 dollar səviyyəsində proqnozlaşdırılır – ÜDM-də artım gözlənilir

Azərbaycan üzrə ortamüddətli iqtisadi proqnozlar açıqlanıb. Baza ssenariyə əsasən, 2027–2030-cu illərdə neftin bir barelinin orta illik ixrac qiymətinin 65 ABŞ dolları səviyyəsində olacağı gözlənilir.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyi-nin açıqladığı “2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilib.

Sənədə əsasən, 2027-ci ilin sonuna ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) həcminin 139 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstəricinin 2030-cu ildə 166.9 milyard manata qədər artacağı gözlənilir.

Eyni zamanda iqtisadi strukturda mühüm dəyişikliklərin olacağı qeyd edilir. Belə ki, ÜDM-də qeyri-neft-qaz sektorunun payının artacağı proqnozlaşdırılır. Bu göstəricinin 2025-ci ildəki 71.5 %-dən 2027-ci ildə 78 %-ə, 2030-cu ildə isə 81.8 %-ə çatacağı gözlənilir.

Nazirliyin qiymətləndirmələrinə görə, ortamüddətli dövrdə ÜDM-in real artım tempi orta illik 3.3 %, qeyri-neft-qaz sektoru üzrə isə 4.2 % təşkil edəcək.

Beləliklə, açıqlanan proqnozlar Azərbaycanın iqtisadi artımının əsasən qeyri-neft sektorunun genişlənməsi hesabına təmin ediləcəyini göstərir.

Related posts

ING: Neftin qiyməti mənfi ssenaridə 121 dollara çata bilər

Neft Qiymətlərində “Sülh” Təzyiqi: London Birjası və Enerji Nəhəngləri Zərbə Alır

Neft Bazarında Sərt Eniş: Qiymətlər 2%-dən Çox Dəyər İtirdi – Gözlər Hörmüz Boğazında!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı