Dünyanın ən bahalı telekommunikasiya şirkətlərinin siyahısı açıqlanıb

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə telekommunikasiya şirkətlərinin  dəyərinə görə sıralamasını əks etdirən “Telecoms 150” hesabatını dərc edib.

Hesabata istinadən, sözügedən kateqoriyada dünyanın ən dəyərli şirkəti “Verizon” olub. Baxmayaraq ki, şirkətin marka dəyəri ötən ilə nisbətən 10.5% azalaraq, 63.7 milyard ABŞ dolları olub. “AT&T” 32.1% ucuzlaşaraq, 59.1 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “China Mobile” şirkətinin ümumi dəyəri isə 11.9% azalaraq 49.03 milyard ABŞ dolları olub. Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “T Mobile” (39.95 milyard $) və “NTT Group” (36.35 milyard $) şirkətlərinə layiq görülüb.

Related posts

ROA və ROE əmsalına görə bankların – RENKİNQİ

Ehtiyat ayırmalarının həcminə görə bankların – RENKİNQİ

Qeyri-faiz xərclərinə görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı