Dünyanın ən böyük batareya qurğusu inşa ediləcək

“Tesla” şirkəti və “PG&E” korporasiyası ABŞ-ın qərbində yerləşən Monterey bölgəsində dünyanın ən böyük “batareya ferması”nın inşasına başlayacaq. Bununla bağlı, Monterey Bölgəsi Planlaşdırma Komissiyasından təsdiq alan qurumlar ortaq şirkət yaradıblar.

“Batareya ferması”nın əsas funksiyası litium batareyalarından istifadə etməklə enerjinin depolanması və lazım gəldikdə Monterrey bölgəsi və Silikon Vadisinə enerji köçürmələrinin həyata keçirilməsidir.

Qeyd edək ki, bundan əvvəl “Tesla” şirkəti Yaponiya mərkəzli “Panasonic” korporasiyası ilə “Gigafactory 2” üçün günəş enerjisi panellərinin istehsalı üçün tərəfdaşlığa girsə də, sonradan bu tərəfdaşlıq ikitərəfli şəkildə ləğv edilib.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı