Qlobal iqtisadi sabitliyin təmin olunmasında mühüm rol oynayan mərkəzi bank ehtiyatlarının bölgüsü üzrə ən son reytinq açıqlanıb. “The World Factbook”un 2024-cü ilə dair məlumatlarına əsasən tərtib edilən siyahıya görə, Çin Xalq Respublikası 3,45 trilyon ABŞ dolları həcmində ehtiyatla dünyada birinci yeri tutur.
BBN.az xəbər verir ki, reytinqin hazırlanmasında xarici valyuta, qızıl ehtiyatları və digər likvid aktivlər nəzərə alınıb. Mərkəzi bank ehtiyatları ölkələrin maliyyə sabitliyi üçün “maliyyə qalxanı” rolunu oynayır, ödəniş balansı öhdəliklərinin yerinə yetirilməsində və iqtisadi-geosiyasi risklərə qarşı müdafiədə əsas alət sayılır.
İlk onluqda yer alan ölkələr və ehtiyatlarının dəyəri (ABŞ dolları ilə):
-
Çin – 3 trilyon 456 milyard
-
Yaponiya – 1 trilyon 231 milyard
-
ABŞ – 910 milyard
-
İsveçrə – 909 milyard
-
Hindistan – 643 milyard
-
Rusiya – 597 milyard
-
Səudiyyə Ərəbistanı – 463 milyard
-
Honq Konq – 425 milyard
-
Cənubi Koreya – 418 milyard
-
Sinqapur – 383 milyard
Məlumata görə, ilk onluğa daxil olan ölkələr ümumilikdə 9,4 trilyon ABŞ dolları dəyərində ehtiyata malikdirlər ki, bu da qlobal ehtiyatların 60 faizindən çoxuna bərabərdir.