Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dünyanın ən dəyərli IT şirkətlərinin siyahısı açıqlanıb 

Dünyanın ən dəyərli IT şirkətlərinin siyahısı açıqlanıb

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərinin  dəyərinə görə sıralamasını əks etdirən “Software 15” hesabatını dərc edib.

Hesabata istinadən, sözügedən kateqoriyada dünyanın ən dəyərli şirkəti “Microsoft” olub. Şirkətin marka dəyəri ötən ilə nisbətən 30% artaraq, 184.2 milyard ABŞ dolları olub. “Oracle” 11% bahalaşaraq, 29.1 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “SAP”  şirkətinin ümumi dəyəri isə 2% artaraq 18.3 milyard ABŞ dolları olub. Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Salesforce” (17.9 milyard $) və “Adobe” (14.1 milyard $) şirkətlərinə layiq görülüb.

IT şirkətləri arasında son bir ildə ən çox dəyər qazanan (48%) Kanada mərkəzli “Constellation Software” şirkəti 4 milyard dollar ilə siyahıda 8-ci yerə yüksəlib. Siyahıda yer alan 15 şirkətin 11-i ABŞ, qalanları isə Almaniya, Kanada, Fransa və İspaniya mərkəzlidir.

Related posts

Ehtiyat ayırmalarının həcminə görə bankların – RENKİNQİ

Kredit portfelinin dinamikasına görə bankların – RENKİNQİ

Qeyri-faiz gəlirlərinə görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı