Dünyanın ən nüfuzlu texnologiya universitetinə qəbul olan ilk azərbaycanlı qız məktəbli “Technest” məzunudur

Məlumdur ki, ötən gün Dəniz Sətttarlı və Fidan Qarayeva dünyanın ən nüfuzluuniversitetlərindən olan Massaçusets Texnologiya İnstitutuna daxil olublar. Qeyd edəkki, məktəbli qızların Azərbaycandan MIT-ə tam təqaüdlə daxil olması təhsil tariximizdəilk hadisədir.Kimya üzrə respublika və beynəlxalq olimpiadalarda qalib gəlmiş Dəniz Səttarlı,İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə yaranan və AzərbaycanınİKT üzrə ilk təqaüd proqramı olan “Technest”-in məzunlarındandır.16 mart 2023-cü il tarixində İRİA-nın rəhbəri İnarə Vəliyeva və Rəqəmsal Səriştələrinİnkişafı Departamentinin rəhbəri Fatimə Ələkbərova Dəniz Səttarlı ilə görüşmüşdür.İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş tutan görüşdə həmçinin, dünyanınTOP 15-liyində yer almış Con Hopkins Universitetinə qəbul olan digər “Technest”təqaüdçüsü İradə Feyzullayeva, Roof Academic Training mərkəzinin nümayəndələri dəiştirak etmişdir.Görüş çərçivəsində İnarə Vəliyeva təqaüdçüləri həyatlarındakı yeni və önəmlimərhələyə addım atmaları münasibətilə təbrik etdi:“Azərbaycanlı qızların dünyanın mötəbər universitetlərinə qəbul olması ölkəmiz üçünböyük qürur mənbəyidir. İRİA üçün bu mötəbər hadisədə ən önəmli fakt odur ki, eynianda 2 “Technest” təqaüdçüsü dünyanın ən yaxşı universitetlərində təhsil imkanı əldəetdilər. “Technest” Təqaüd Proqramının yaranmasının əsas məqsədlərindən biri ölkədəİKT kadr bankını yaratmaqdır ki, biz artıq bunun bəhrəsini görməyə başlamışıq.Əminəmki, “Technest” təqaüdçüləri Dəniz və İradənin timsalında arzu etdikləri təhsil və karyerahədəflərinə çataraq peşəkar mütəxəssislərə çevriləcəklər. Bir daha qızlarımızı buəlamətdar uğur münasibətilə təbrik edir və onlara müvəffəqiyyətlər arzu edirəm”.Xatırladaq ki, İRİA “Technest” Təqaüd Proqramı çərçivəsində İKT sahəsində tədrisprosesinin peşəkar və səmərəli təşkilini həyata keçirir. Hər kəs üçün əlçatan təhsilimkanı yaradan proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalanabilərlər. Proqram çərçivəsində İKT üzrə ixtisaslaşmış 12 aparıcı təlim mərkəzi ilə 50-dəkixtisasın tədrisi həyata keçirilir. Proqram çərçivəsində tələbələr proqramlaşdırma,proqram təminatı, data analitikası, bulud texnologiyaları, bulud administrasiyası,kibertəhlükəsizlik, avtomatlaşdırma, elektronika, proqramlaşdırma dilləri, UI/UX dizaynıkimi müxtəlif sahələr üzrə təhsil alırlar. 2022-ci il üzrə “Technest” Təqaüd Proqramıçərçivəsində təqaüd qazanan şəxslərin sayı 618 nəfər, işə qəbul əmsalı 90% təşkil edib.2023-cü ildə isə məzun sayının 3000-ə çatdırılması planlaşdırılır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı