Dünyanın ikinci ən böyük kriptovalyutasının qiyməti 1.900 dolları keçdi

Ethereum Bitcoini kriptovalyutaların taxtından sala bilər. 

Dünyanın ikinci ən böyük kriptovalyutasının Ethereum-un qiyməti ötən həftənin çərşənbə günü 1.900 dolları keçib və özünün rekord göstəricisinə 1.927 dollara çatıb.

BBN.az xəbər verir ki, bu haqda CNBC.com CoinMetrics-in data-larına istinadən yazıb. 

CoinMetrics məlumatında deyib ki, bu iyunun əvvəlindən bəri ən yüksək rəqəmdir. Token sonuncu dəfə gün ərzində 4.4% bahalaşaraq 1.901.69 dollara ticarət edilirdi. 

Qeyd edək ki, son illərdə digər kriptovalyuta – Bitcoin-in qiyməti dəyər itirib. Belə ki, bazar üstünlüyü 2020-ci ilin əvvəlindən 70%-dən demək olar ki, 20%-ə enib. Ümumilikdə isə kripto bazarının dəyəri özünün noyabrdakı pik həddindən – 3 trilyon dollardan 2 trilyon dollara düşüb. Ekspertlər isə bildirirlər ki, Ethereum-un qiyməti ilə bağlı vacib hadisə sentyabrın 15-də olacaq və deyilir ki, Ethereum Bitcoini kriptovalyutaların taxtından sala bilər. 

Related posts

Bu günün valyuta məzənnələri-17.07.2024

Növbəti valyuta hərracı keçirilib

Bu günün valyuta məzənnələri-16.07.2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı