İnvestisiya miqrasiya konsultasiya şirkəti Henley&Partners-in yeni hesabatına, əsasən Nyu York dünyanın ən varlı şəxslərinin yaşadığı TOP 10 şəhərlər arasında 1-ci yerdədir. Hesabatda qeyd edilir ki, ABŞ-ın maliyyə mərkəzi olan Nyu York bir çox qiymətləndirilmələrə görə varlı şəhər kimi tanınır.
BBN.az CNBC.com-a istinadən xəbər verir ki, bu şəhərdə 345.600 senti milyonçu yaşayır (sərvəti 100 milyon dollar və yaxud daha çox) və 59 milyarder isə “Big Apple”da məskunlaşıb.
Henley&Partners qeyd edir ki, Nyu Yorkluların 4%-nin, təxminən 8.38 milyon vətəndaşının şəxsi investisiya edilə bilən dəyərli vasitələri var; mülk, nağd pul, səhmlər və s. – bu isə 1 milyon dollardan çoxdur. 10 milyondan çox dəyərli vasitələrə sahib olan şəxslərin sayında isə ciddi azalma olub – 15.470 nəfər. Nyu York sakinlərinin ümumi şəxsi sərvəti isə 3 trilyon dolları ötüb. Aşağıda dünyanın TOP 10 varlı şəhərləri və ölkələrin adlarını, şəxslər üzrə isə yüksək net gəlirləri olanların sayını qeyd edirik.
- Nyu York, ABŞ (345.600 nəfər)
- Tokio, Yaponiya (304.900)
- San Fransisko, Bay Area ABŞ (276.400)
- London, Böyük Britaniya (272.400)
- Sinqapur, Sinqapur (249.800)
- Los Anceles, ABŞ (192.400)
- Çikaqo, ABŞ (160.100)
- Hyuston, ABŞ (132.600)
- Pekin, Çin (131.500)
- Şanxay, Çin (130.100)