Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
DVX-nin təşkil etdiyi 3-cü “Yay Təcrübə Proqramı” başa çatıb - BBN

DVX-nin təşkil etdiyi 3-cü “Yay Təcrübə Proqramı” başa çatıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) ali təhsil müəssisələri tələbələrinin bilik, bacarıq və şəxsi inkişafına dəstək məqsədilə təşkil etdiyi sayca üçüncü “Yay Təcrübə Proqramı” yekunlaşıb. Bununla əlaqədar Proqramın bağlanış və sertifikatların təqdimat mərasimi keçirilib.

Tədbirdə iştirak edən DVX-nin rəisi Orxan Nəzərli “Yay Təcrübə Proqramı”nın nəticələri və uğuru haqqında danışaraq, Proqramın əsas məqsədlərinə çatdığını bildirib. Orxan Nəzərli “Yay Təcrübə Proqramı”nın insan resurslarının formalaşdırılması istiqamətində əhəmiyyətli rolunu vurğulayıb, kadr ehtiyatının gücləndirilməsi baxımından gələcəkdə mühüm faydalar gətirəcəyini qeyd edib.

Tədbirdə “Yay Təcrübə Proqramı”nın iştirakçıları tərəfindən komanda şəklində müxtəlif təqdimatlar edilib. Proqram iştirakçıları ilə səmimi söhbət edən DVX rəisi onların təkliflərini dinləyib, tələbələri maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Qeyd edək ki, 3-cü “Yay Təcrübə Proqramı”na ölkənin ali təhsil müəssisələrinin 700-dən çox tələbəsi müraciət edib, onlardan 60 nəfəri seçim mərhələlərindən keçərək Proqramda iştirak hüququ qazanıb. Tələbələr layihə çərçivəsində DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsinə qoşulublar. Burada tələbələrə DVX-nin təcrübəli əməkdaşları və kənar peşəkar təlimçilər tərəfindən vergi sahəsi və müvafiq səriştələr üzrə təlimlər təşkil olunub. Yay düşərgəsindən sonra iştirakçılar DVX-nin Aparatında, həmçinin Bakı və regionlarda yerləşən qurumlarında 8 həftəlik təcrübə keçiblər, praktiki biliklərə yiyələnərək, vergi sisteminin fəaliyyətinin əsas istiqamətləri və iş prinsipləri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.

Related posts

Qızıl bazarında şok gözləntisi: FED-in qərarı və Yaxın Şərqdəki qızışan gərginlik sarı metalı nəzarətdə saxlayır! İnvestorlar indi hansı sürprizi gözləyir?

Neft bazarı çıxılmaz vəziyyətdə: Trampın “danışıqlar” iddiası Tehran tərəfindən dərhal yerlə-yeksan edildi!

Azərbaycanın ABŞ ilə builki ticarət dövriyyəsinin dəyəri 467 milyonu ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı