Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
DVX rəisi IOTA-nın beynəlxalq konfransında çıxış edib - BBN

DVX rəisi IOTA-nın beynəlxalq konfransında çıxış edib

Estoniyanın paytaxtı Tallində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) “Real vaxt iqtisadiyyatının inkişafı və vergi idarələri” mövzusunda 6-cı Beynəlxalq Konfransı keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti tədbirdə iştirak edib. DVX rəisi Orxan Nəzərli tədbirə videoformatda qoşulub.

Konfransın ilk günündə “Estoniyada real vaxt rejimində iqtisadi ekosistemin yaradılması”, “Real vaxt iqtisadiyyatı və vergitutma üzrə beynəlxalq perspektivlər”, “Real vaxt rejimində vergi əməletməsinə gedən yol: qabaqcıl təcrübələr və gələcəyə uyğun həllər”, “Texnologiya və biznes perspektivləri”, “Keçid keysləri və tətbiq mexanizmləri”, “Biznesin cəlb edilməsi”, “Təkmil data analizi və dəyişikliklərin idarə edilməsi” və “Real vaxt iqtisadiyyatı və gəlirlərin təminatı üzrə əməli nümunələr” mövzularında sessiyalar təşkil olunub.

DVX rəisi Orxan Nəzərli “Azərbaycan Respublikasında vergi əsaslı iqtisadi fəaliyyət ölçüsünün tətbiqi” mövzusunda təqdimatla çıxış edib. O.Nəzərli DVX-nin mövcud baza məlumatlarından istifadə edilməklə iqtisadi aktivliyin ölçülməsi və iqtisadiyyatın şəffaflıq səviyyəsinin qiymətləndirilməsi ilə bağlı həyata keçirilən layihə barədə məlumat verib. Bildirib ki, iqtisadi fəallığın operativ ölçülməsi, artım tendensiyalarının dinamik izlənilməsi və şəffaflıq səviyyəsinin davamlı qiymətləndirilməsi zərurəti getdikcə artır. Bu, idarəetmənin effektivliyinin yüksəldilməsi və əsaslandırılmış iqtisadi qərarların qəbuluna mühüm töhfə verir.

Təqdimatda layihənin əsas istiqamətləri, DVX-nin məlumat bazasından səmərəli istifadə ilə aparılan təhlillər, “Vergi əsaslı iqtisadi qiymətləndirmə” (TBEM) göstəricisinin hesablanması” və “İqtisadiyyatın ağarması vəziyyətinin qiymətləndirilməsi” mərhələləri barədə ətraflı məlumat təqdim olunub. Layihə çərçivəsində beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlıq mühitində görülən işlər, aparılan təhlillər və təkmilləşdirmə tədbirləri diqqətə çatdırılıb. Eyni zamanda, iqtisadiyyatın şəffaflaşmasında vergi sisteminin rolu, şəffaflıq səviyyəsinin mütəmadi qiymətləndirilməsinin və nəticəyönümlü idarəetmənin əhəmiyyəti vurğulanıb.

Konfrans çərçivəsində “Real vaxt rejimində vergi əməletməsi həlləri” adlı sərgi də təşkil edilib. Burada vergi əməletməsinin yüksəldilməsinə yönəlmiş müasir yanaşmalar və təcrübələr nümayiş olunur. Konfrans müddətində vergi administrasiyalarının real vaxt iqtisadiyyatının formalaşmasında rolu, bu ekosistemə dəstək və inkişaf perspektivləri müzakirə edilib.

 

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı