E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk 5-liyində yer alıb

Alexa.com saytının (ABŞ, San-Fransisko) yeni məlumatına görə, “Azərbaycanın top saytları” siyahısında (https://www.alexa.com/topsites/countries;1/AZ) e-sosial.az portalı artıq 5-ci yerdədir.

Portal ölkəmizdə ən çox müraciət olunan google.com,  youtube.com, google.az və wikipedia.org saytlarından sonra ziyarətçi və baxış sayına görə 5-ci yeri tutur.

E-sosial.az portalı ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə əmək, məşğulluq, sosial müdafiə, pensiya, müavinət, əlillik, reabilitasiya və s. üzrə məlumatlara çıxış və 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə faydalanmaq imkanı verir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı