E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk onluğunda 6-cı yerdədir

Beynəlxalq internet saytları üzrə istifadə statistikalarını təqdim edən alexa.com saytının (ABŞ, San-Fransisko) məlumatına görə, “Azərbaycanın top saytları” siyahısında (https://www.alexa.com/topsites/countries;1/AZ) e-sosial.az portalı 6-cı yerdədir.

Portal ölkəmizdə ən çox müraciət olunan google.com,  youtube.com, google.az, wikipedia.org və mail.ru kimi populyar saytlardan sonra ziyarətçi və baxış sayına görə 6-cı yeri tutub. 

E-sosial.az portalı ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə əmək, məşğulluq, sosial müdafiə, pensiya, müavinət, əlillik, reabilitasiya və s. üzrə məlumatlara çıxış və 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə faydalanmaq imkanı verir.

Qeyd edək ki, alexa.com-un təqdim etdiyi siyahıdakı ilk onluqda sonrakı yerləri my.gov.az, e-gov.az, facebook.com və oxu.az saytları tutur.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı