Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
EBRD “AccessBank”a 75 milyon avroyadək zəmanət ayırmağı nəzərdən keçirir - BBN

EBRD “AccessBank”a 75 milyon avroyadək zəmanət ayırmağı nəzərdən keçirir

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsini genişləndirmək məqsədilə AccessBank-a 75 milyon avroyadək portfel risk bölgüsü zəmanəti təqdim etməyi nəzərdən keçirir.

Məlumata görə, layihə hazırda ilkin qiymətləndirmə mərhələsindədir və onun EBRD Direktorlar Şurası tərəfindən 17 iyun 2026-cı ildə təsdiqlənməsi planlaşdırılır.

Layihə çərçivəsində təqdim ediləcək zəmanət AccessBank tərəfindən veriləcək yeni mikro, kiçik və orta sahibkarlıq (MSME) kredit portfelinin kredit riskinin 50 %-ni əhatə edəcək. Bunun bankın kapital imkanlarını genişləndirəcəyi və yeni kreditlərin verilməsi üçün əlavə resurs yaradacağı gözlənilir.

Zəmanətin hər biri 37,5 milyon avro olmaqla iki tranş üzrə ayrılması nəzərdə tutulur. Birinci tranş müqavilənin imzalanması ilə qüvvəyə minəcək, ikinci tranşın ayrılması isə EBRD-nin əlavə qərarından asılı olacaq. Hər iki tranş üzrə müddət 5 ilə qədər müəyyən edilib.

Layihə üzrə ümumi maliyyələşdirmə həcmi 87,95 milyon ABŞ dolları, ümumi layihə dəyəri isə 88,36 milyon ABŞ dolları təşkil edir.

EBRD bildirib ki, maliyyələşdirmə əsasən gənclərə və qadınlara məxsus bizneslərə, həmçinin regionlarda fəaliyyət göstərən sahibkarlara yönəldiləcək. Layihənin inklüziv regional iqtisadi inkişafın dəstəklənməsinə töhfə verməsi gözlənilir.

Qeyd edək ki, EBRD 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində ölkəyə 3,7 milyard avrodan çox investisiya yatırıb. Bankın Azərbaycandakı əsas prioritetləri qeyri-neft sektorunun inkişafı, yerli maliyyə institutlarının gücləndirilməsi və yaşıl iqtisadiyyata keçidin dəstəklənməsidir.

Related posts

AMB: Süni intellekt sistemlərinə həssas məlumatların ötürülməsi risklidir

AMB maliyyə sektorunda peşəkar sertifikatlaşdırma sistemini tətbiq edəcək

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi bank rəhbərləri toplaşacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı