EBRD Türkiyənin zəlzələ bölgəsinə 500 milyon avro maliyyə yardımı ayırıb

Ðîññèÿ. Ìîñêâà. Êóïþðû íîìèíàëîì 100 äîëëàðîâ. Ôîòî Âëàäèìèð Ìàøàòèí/ ÈÒÀÐ-ÒÀÑÑ

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında zəlzələ bölgəsinə 500 milyon avro maliyyə dəstəyinin göstərilməsi ilə bağlı anlaşma memorandumu imzalanıb.

BBN.az bu barədə “Anadolu” Agentliyinə istinadən xəbər verir.

Xəzinə və maliyyə naziri Mehmet Şimşək EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterinklə Türkiyənin iqtisadi proqramını, ikili əməkdaşlığı və bankın zəlzələ zonasına maliyyə dəstəyini müzakirə edib.

Qeyd edək ki, ötən il fevralın 6-da Türkiyənin Kahramanmaraş mərkəzli zəlzələdən sonra, EBRD regionun yenidən qurulması üçün dövlət və özəl sektor üçün1,5 milyard avroluq maliyyə paketi elan edib.

Bu çərçivədə zəlzələ bölgəsindəki özəl sektorun layihələrinə, KOB və yerli banklara 800 milyon avro maliyyə ayrılıb.

Report

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı