ECB 19 ildə ilk dəfə ili zərərlə başa vurub

Avropa Mərkəzi Bankı (ECB) 19 ildə ilk dəfə 2023-cü ili zərərlə başa vurub.

BBN.az xəbər verir ki, bu barədə tənzimləyicinin press-relizində deyilir.

ECB-nin zərəri 1,3 milyard avro təşkil edib. Bu rəqəm maliyyə risklərinin ödənilməsi üçün 6,6 milyard avro həcmində ehtiyatların tam sərbəst buraxılması nəzərə alınmaqla verilib. Bu, olmasaydı, göstərici daha böyük olardı.

Tənzimləyicinin proqnozuna görə, yaxın gələcəkdə zərərin qarşısını almaq mümkün deyil. ECB bir neçə ildən sonra yenidən sabit mənfəətə qayıtmağı gözləyir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı