Economist Intelligence Unit-in (EIU) illik sorğusuna görə, dünyanın ən bahalı şəhərlərinin siyahısında birinci və ikinci yerləri müvafiq olaraq Nyu-York və Sinqapur tutub.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, “Economist Intelligence Unit”dən bildirilir ki, Nyu York birinci dəfədir ki, TOP 1 yerdədir, belə ki, ötən ilin birincisi Təl-Əviv şəhəri idi, hazırda isə 3-cü yerdədir. Ümumilikdə, 2022-ci ildə dünyanın ən böyük şəhərlərində orta yaşam xərcləri 8.1% artıb. Xərclərin artmasında əsas səbəblər isə Ukrayna müharibəsi və COVID-dən dolayı təchizat qıtlığı olub. Xüsusilə inflyasiyanın daha yüksək olduğu şəhər İstanbuldur, qiymətlər 86% artıb, Buenos-Ayres-də 64% və Tehranda 57% artıb.
2022-ci ildə ən bahalı şəhərlər TOP 10 sıralamasında müvafiq olaraq, Nyu-York, Sinqapur, Təl-Əviv, Honkonq, Los-Anceles, Zürix, Cenevrə, San-Fransisko, Paris, Sidney, Kopenhagen olub.
Nisbətən daha ucuz şəhərlər isə, Kolombo (161), Banqalor (161), Əlcəzair (161), Çennai (164), Əhmədabad (165), Almati (166), Karaçi (167), Daşkənd (168), Tunis (169), Tehran (170), Tripoli (171), Dəməşq (172) olub.