EIA 2024-cü il üçün Azərbaycanda neft hasilatı proqnozunu aşağı salıb

ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-2025-ci illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu açıqlayıb.

Bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 600 min barel təşkil edəcəyi ehtimal edilir ki, bu da öncəki proqnoz göstəricisindən 10 min barel azdır.

BBN.az xəbər verir ki, bu barədə EIA “Qısamüddətli enerji perspektivi” adlı hesabatın sentyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

Bu ilin birinci rübündə neft hasilatı sutkada 600 min barel, ikinci rübdə isə 590 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 620 min barel səviyyəsində olub.

Bununla yanaşı, EIA-nın ehtimalına görə, gələn il ölkədə ortalama gündəlik neft hasilatı 640 min barel səviyyəsində olacaq (öncəki proqnoz – 650 min barel).

Related posts

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarlarında neft bahalaşır

EMTA fəaliyyət istiqamətlərinə dair avqust ayı üzrə nəticələri açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı