Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
EIU: 2025–2026-cı illərdə neft ucuzlaşacaq, qaz bazarında dəyişkənlik olacaq - BBN

EIU: 2025–2026-cı illərdə neft ucuzlaşacaq, qaz bazarında dəyişkənlik olacaq

2025–2026-cı illərdə neft ucuzlaşacaq, qaz bazarında dalğalanma olacaq.

BBN.az xəbər verir ki, “The Economist Group”un araşdırma və təhlil bölməsi olan Economist Intelligence Unit (EIU) növbəti iki ilə dair enerji bazarı ilə bağlı proqnoz açıqlayıb.

Məlumata əsasən, Brent markalı neftin orta qiyməti 2025-ci ildə 67,1 ABŞ dolları/barel, 2026-cı ildə isə 63 dollar/barel olacaq. Bu isə neft bazarında eniş tendensiyasının davam edəcəyini göstərir.

Təbii qaz bazarında isə qiymətlərin dəyişkənliyi gözlənilir. Belə ki, Henry Hub üzrə qiymət 2025-ci ildə 4,1 dollar/mmBtu-a yüksələcək və 2026-cı ildə də bu səviyyədə qalacaq. Avropa bazarında isə 2025-ci ildə qazın qiyməti 12,1 dollar/mmBtu, 2026-cı ildə isə azalaraq 9,3 dollar/mmBtu səviyyəsində proqnozlaşdırılır.

EIU-nun qiymətləndirməsinə görə, yaxın iki ildə qlobal enerji bazarında əsas tendensiya neft qiymətlərinin azalması və qaz bazarında dalğalanmalar olacaq.

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində neftin orta qiyməti bu il üçün 70 dollar, 2026-cı il üçün isə 65 dollar nəzərdə tutulub.

Related posts

SOCAR və BP Xəzərdə yeni seysmik əməkdaşlığa başlayır

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı