Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ekspert: Neftin qiymətində hər 10 dollarlıq artım Azərbaycanın tədiyə balansına 2,2 mlrd. manat əlavə vəsait gətirir - BBN

Ekspert: Neftin qiymətində hər 10 dollarlıq artım Azərbaycanın tədiyə balansına 2,2 mlrd. manat əlavə vəsait gətirir

Geosiyasi risklərin artması enerji daşıyıcılarının qiymətlərində ciddi dəyişikliklərə səbəb ola bilər və bu da enerji ixrac edən ölkələrin büdcə siyasətinə və iqtisadi strategiyasına birbaşa təsir göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, enerji bazarında qiymət dəyişiklikləri həm artım, həm də azalma istiqamətində baş verə bilər və bəzən bu proseslər çox qısa müddətdə müşahidə olunur.

Ekspert qeyd edib ki, bir neçə gün əvvəl səhər saatlarında neftin qiyməti təxminən 30 % artmış, lakin gün ərzində bazarda korreksiya baş verərək axşam saatlarında qiymətlər 6 % ucuzlaşma ilə yekunlaşmışdı. Onun fikrincə, bu cür dalğalanmalar enerji bazarının geosiyasi hadisələrə yüksək həssaslıq göstərdiyini təsdiqləyir.

X.Kərimli vurğulayıb ki, neftin illik orta qiymətində hər 10 dollarlıq artım Azərbaycanın tədiyə balansına təxminən 2,2 milyard manat əlavə profisit gətirir. Bu vəsaitin təxminən 1,8 milyard manatı Dövlət Neft Fonduna, 400 milyon manatı isə dövlət büdcəsinə yönəlir.

Ekspertin sözlərinə görə, enerji daşıyıcılarının qiymətlərinin yüksək olması enerji ixrac edən ölkələrə daha çox maliyyə resursunun daxil olmasına səbəb olur. Bu vəsaitlərin bir hissəsi fondlarda toplanır və növbəti illərdə büdcə xərclərinin, xüsusilə investisiya xərclərinin artırılmasına imkan yaradır.

O əlavə edib ki, bu proses maliyyə sabitliyinin möhkəmlənməsinə və milli valyutanın sabitliyinə müsbət təsir göstərir.

Related posts

“Big Mac” indeksinə görə Azərbaycan manatı dollara qarşı 36 % ucuz qiymətləndirilir

Azərbaycanda maliyyə sektoru üzrə məzunların iş tapmaqla bağlı çətinlikləri açıqlanıb

Azərbaycanda sığortaolunanların sayı 5,3 milyon nəfəri ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı