Elektroenergetika sahəsində Azərbaycan-İran əməkdaşlığına dair iclaslar keçirilib

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektroenergetika sahəsində əməkdaşlıq üzrə işlər davam etdirilməkdədir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərilməsi məqsədi ilə yaradılan Birgə Texniki Komissiyanın videokonfrans formatında növbəti iclası keçirilib. 
Görüşdə “Xudafərin” və “Qız qalası” hidroqovşaqları üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, həmçinin su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələləri geniş müzakirə edilib.
Eyni zamanda, “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi üzrə yaradılmış Müştərək Texniki Komissiyanın videokonfrans formatında ilk iclası keçirilib. Görüşdə “Ordubad” su elektrik stansiyasının tikintisinin sürətləndirilməsi və stansiyanın tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. İclasda növbəti görüşün cari ilin sentyabr ayının sonlarında Naxçıvan Muxtar Respublikasında keçirilməsi qərara alınıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı