Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb

{"subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1608990861803","source":"other","origin":"gallery","source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1608990861817"}

“Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə yeni Texniki Komitə (AZSTAND/TK 46) yaradılıb, əsasnaməsi və strukturu təsdiq edilib.

Texniki Komitə elektrik enerjisi bazarında rəqabət mühitinin formalaşdırılması, elektroenergetika subyektlərinin effektiv fəaliyyətinin təmin edilməsi, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinin təmin edilməsi kimi sahələrdə normativ sənədlər bazasının yaradılmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədi daşıyır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsis edilmiş Texniki Komitəyə sədrlik və katibliyin fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən həyata keçirilir.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı