Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Elektromobillik üzrə Milli Plan”ın hazırlanması müzakirə edilib - BBN

“Elektromobillik üzrə Milli Plan”ın hazırlanması müzakirə edilib

Energetika Nazirliyində “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması ilə əlaqədar Boston Consulting Group” (BCG) şirkətinin icraçı direktoru Arturs Smilkstinsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Görüşdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması çərçivəsində “Boston Consulting Group” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu sahədə inkişaf tendensiyaları, beynəlxalq təcrübə nəzərdən keçirilib. Elektromobillik planının hazırlanması üzrə şirkətin ilkin yanaşması, baxışları diqqətə çatdırılıb.

Elektrikli nəqliyyat vasitələrinin geniş yayılması üçün enerji doldurma infrastrukturunun yaradılması, bu prosesin enerjiyə tələbata təsiri, azad edilmiş ərazilər və Naxçıvanın “yaşıl enerji zonası” konsepsiyasında inkişafı üçün elektromobilliyin tətbiqi, həmçinin ölkəmizdə elektromobillik planının hazırlanması üçün Texniki Tapşırıq sənədi ətrafında fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.

Related posts

SOCAR və BP Xəzərdə yeni seysmik əməkdaşlığa başlayır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Moody’s Ratings Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə qiymətləndirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı