Elektron Kredit Platforması sahibkarların kreditlərə çıxış imkanlarını genişləndirir

Biznesin dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Elektron Kredit Platforması (www.e-edf.gov.az) sahibkarların kredit sifarişləri üçün əlverişli vasitəyə çevrilib.

İndiyədək Elektron Kredit Platforması üzərindən 907 milyon manat həcmində yeni biznes krediti sifarişi üzrə 3200-dən çox müraciət daxil olub. Artıq 471 müraciət üzrə ümumi həcmi 145 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara elektron platforma vasitəsilə məlumat verilir.

Kredit-zəmanət mexanizminin tətbiqi pandemiyadan zərər çəkmiş sahələrdə iqtisadi fəallığın və məşğulluğun qorunub saxlanması, likvidliyin dəstəklənməsi baxımından xüsusilə əhəmiyyətlidir. Yeni biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi isə sahibkarlara biznes kreditləri üçün onlayn rejimdə müraciət, müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində müraciətlərə eyni vaxtda baxılması və statusunun real vaxt rejimində izlənməsi, həmçinin 3 kredit təşkilatına eyni vaxtda müraciət imkanının yaradılması və s. kimi üstünlüklər yaradır. Beləliklə, sahibkarların kreditlərə çıxış imkanları genişlənir, sərf olunan vaxta və xərclərə qənaət olunur.

Related posts

7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qeydiyyatına start verilib

İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı