Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Elektron Təhlükəsizlik Xidməti: Azərbaycanda genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb - BBN

Elektron Təhlükəsizlik Xidməti: Azərbaycanda genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

Azərbaycanda vətəndaşlara qarşı yönəlmiş genişmiqyaslı fişinq kampaniyası müəyyən edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, təhlükə qurum tərəfindən aparılan fasiləsiz monitorinq və təhdid kəşfiyyatı nəticəsində aşkarlanıb. Kampaniya çərçivəsində 580-ə yaxın unikal Azərbaycan domeninə aid e-poçt ünvanına, həmçinin 12 mindən çox vətəndaşa fişinq xarakterli məktublar göndərilib.

Məlumata görə, bu məktublarda istifadəçiləri aldatmaq məqsədilə hüquq-mühafizə orqanlarının adından saxta ittiham xarakterli bildirişlər yer alıb. Hücumların əsas məqsədi istifadəçilərin fərdi məlumatlarını ələ keçirməkdir.

ETX vətəndaşlara və təşkilatlara təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir. Belə ki, naməlum mənbələrdən daxil olan e-poçtların açılmaması, linklərə keçid etməzdən əvvəl yoxlanılması, şübhəli faylların yüklənməməsi və rəsmi qurumlar adından gələn məlumatların alternativ kanallarla təsdiqlənməsi vacibdir.

Qurum həmçinin belə hallarla qarşılaşan şəxsləri dərhal ETX-yə məlumat verməyə çağırır.

Hazırda fişinq kampaniyası ilə bağlı araşdırmalar davam etdirilir və təhlükənin qarşısının alınması istiqamətində zəruri texniki tədbirlər görülür.

Related posts

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Xsolla inkubasiya proqramına qeydiyyat açdı

TDT ölkələri birgə peyk formatı olan “CubeSat”ın orbitə buraxılışına hazırlıq görür

İRİA “EPAM Azərbaycan” ilə birgə yeni “Karyera Mükəmməlliyi” proqramına start verir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı