Elektron Təhlükəsizlik Xidməti və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi gənclər üçün maarifləndirmə tədbiri keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclər üçün maarifləndirmə tədbiri təşkil olunub.

Ümumilikdə 32 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşları tərəfindən “Onlayn mühitdə kibertəhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularında çıxışlar edilib.

Tədbirin keçirilməsində məqsəd informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üzrə məlumatlılığın artırılması sahəsində, eləcə də sosial şəbəkələrdən istifadə qaydaları kimi mövzularda gənclərin maarifləndirilməsini həyata keçirməkdir.

Related posts

İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Ukraynanın Azərbaycandakı səfiri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Qanunvericiliyə edilən dəyişikliklər mobillik sahəsində effektiv tənzimlənmənin tətbiqinə şərait yaradır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı