Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Elektron Təhlükəsizlik Xidmətinin nümayəndə heyəti “KazHackStan2024” konfransında iştirak ediblər - BBN

Elektron Təhlükəsizlik Xidmətinin nümayəndə heyəti “KazHackStan2024” konfransında iştirak ediblər

Cari ilin 11-13 sentyabr tarixlərində Elektron Təhlükəsizlik Xidmətinin nümayəndə heyəti Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən İnformasiya Təhlükəsizliyi Komitəsi və həmin ölkənin özəl CERT-i olan TSARKA-nın birgə təşkilatçılığı ilə keçirilmiş “KazHackStan2024” konfransında iştirak ediblər.

Mərkəzi Asiya regionunun kibertəhlükəsizlik sahəsində ən praktiki konfransı kimi qiymətləndirilən KazHackStan2024, rəqəmsal təhlükəsizlik çərçivəsində adıçəkilən sahədə fəaliyyət göstərən hökümət rəsmiləri, mütəxəssis, aparıcı ekspert və biznes nümayəndələrini bir araya gətirib.

Konfransın əsas məqsədi kibertəhdidlərə və kiberinsidentlərə qarşı mübarizə barədə fikir mübadiləsinin aparılması, kibertəhlükəsizlik üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təhlil edilməsi, eləcə də potensial əməkdaşlıq imkanlarının genişləndirilməsinə ilə bağlı müzakirələrin aparılmasıdır.

Related posts

Prezident İlham Əliyev: “Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir” – VİDEO

The International PLUS-Forum Digital Uzbekistan will be held in Tashkent for the sixth time

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı