Əli Əsədov: “Statistika Azərbaycanın inkişafını qiymətləndirmək üçün əsas vasitədir”

“Statistika Azərbaycanın inkişafını dəyərləndirmək üçün əsas alət kimi çıxış edir”.

BBN.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda söyləyib.

Baş nazir vurğulayıb ki, statistika yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də cəmiyyətin bütün sahələrinin dünənini, bu gününü və gələcəyini proqnozlaşdırmaq üçün mühüm baza formalaşdırır:

“İnkişafı qiymətləndirmək üçün konkret statistik məlumatlar, rəqəmlər və diaqramlar lazımdır. Azərbaycan hökuməti bu məlumatlardan gündəlik, hətta hər saat istifadə edir.”

Ə.Əsədov əlavə edib ki, rəqəmsal inkişaf, İT texnologiyaları və süni intellektin tətbiqi statistikanı daha dəqiq, çevik və əlçatan edir:

“Bu forumda yeni layihələrin və yanaşmaların müzakirəsi sahənin daha da təkmilləşməsinə mühüm töhfə verəcək.”

Related posts

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

Azərbaycan Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya üzv olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı