Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əli Əsədov TDT-yə üzv ölkələrin mərkəzi bank rəhbərləri ilə görüşüb - BBN

Əli Əsədov TDT-yə üzv ölkələrin mərkəzi bank rəhbərləri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, görüş zamanı Şuranın iclasının əhəmiyyəti vurğulanıb və tədbirin TDT-yə üzv ölkələrin maliyyə sektorları arasında əməkdaşlığın daha da gücləndirilməsinə, həmçinin bu prosesdə mərkəzi bankların rolunun artırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Tərəflər TDT-yə üzv dövlətlər arasında qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd ediblər.

Görüşdə bildirilib ki, Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində bu il iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, enerji, maliyyə və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir.

Baş nazir ölkədə maliyyə-bank sektorunun modernləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, maliyyə xidmətlərinin keyfiyyətinin artırılması, şəffaflığın gücləndirilməsi və bank sisteminin dayanıqlığının təmin olunması sahəsində əldə edilən nəticələr barədə məlumat verib.

Görüş zamanı TDT çərçivəsində maliyyə-bank sahəsində əməkdaşlığın inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

Related posts

PAŞA Bank-ın səhmdarı olmaq artıq hər kəs üçün mümkündür

“Xəzinədarlıq Əməliyyatları” təlimi uğurla başa çatdı

Maliyyə savadlılığı rekord həddə düşdü: İqtisadi biliklər “qırmızı xətt”də!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı