Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əli Məsimli: "Azərbaycanda daxili auditləri tam mənada işə salmaq lazımdır" - BBN

Əli Məsimli: “Azərbaycanda daxili auditləri tam mənada işə salmaq lazımdır”

Azərbaycanda daxili auditləri tam mənada işə salmaqla xeyli dərəcədə dövlət vəsaitinin yeyintisinin qarşısını almaq olar.

BBN.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bununla bağlı nəticə əldə etmək üçün qabaqlayıcı tədbirlər çox mühüm əhəmiyyət kəsb edir: “Qabaqlayıcı tədbirlər həyata keçirməklə biz çox milyonlu pozuntuların qarşısını almaqla yanaşı, eyni zamanda çox milyonlu yeyintilərin də aradan qaldırılması istiqamətində mühüm deməli nəticələrə nail ola bilərik. ​Bir şərtlə ki, daxili audit sahəsindəki çatışmazlıqları aradan qaldırıb, sözün həqiqi mənasında daxili auditi işə salaq”.

Deputat qeyd edib ki, Hesablama Palatası 1,5 milyard manatdan çox vəsaitin nöqsan və təhriflər kontekstində aradan qaldırılması üzrə çox vacib nəticəyə nail olub: “Hesablama Palatasının saxlanılmasına çəkilən xərclərlə, onun büdcəyə bərpa etdiyi vəsaiti müqayisə eləyəndə görürük ki, arada 10 dəfədən çox fərq var. Hesablama Palatasının bundan da artıq işlər görə bilməsi üçün onun səlahiyyətlərinin artırılması və həmin səlahiyyətlərə uyğun surətdə onun işçi sayının da optimallaşdırılması çox vacibdir”.

Related posts

“Fitch Ratings”: 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım sürətlənəcək

Azərbaycanda onlayn kreditlərə maraq artır: müraciət prosesi daha sürətli və əlçatan olur

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalara dəyişikliklər təsdiq edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı