Əlilliyi olan şəxslərə əməkhaqqından tutulan sosial ödənişlər üzrə güzəştlər verilirmi?

Close-up Of the word Tax On Wooden Blocks and a pocket watch and a calculator on the background

Əlilliyi olan şəxslərə əməkhaqqından tutulan sosial ödənişlər üzrə güzəştlər verilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən BBN.az-a bildirilib ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi güzəştinin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin şəxslər üçün məcburi dövlət sosial sığorta haqqı ödənişləri də ümumi qaydada hesablanır.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı