Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əlimizə saxta pul keçsə, onu hara təqdim etməliyik - BBN

Əlimizə saxta pul keçsə, onu hara təqdim etməliyik

Son vaxtlar sosial şəbəkələrdə saxta pulların dövriyyədə olması ilə bağlı müxtəlif paylaşımlarla qarşılaşırıq. Bəzi vətəndaşlar bildirirlər ki, aldıqları pulların saxta olduğunu ayırd edə bilməyiblər və yalnız müəyyən vaxt keçdikdən sonra, tamamilə başqa bir yerdə həmin pulun saxta olduğu ortaya çıxıb. Belə vəziyyətdə insanlar adətən çaşqın qalır: bu pulu haradan aldıqlarını xatırlamırlar, üstəlik nə etməli olduqlarını da bilmirlər. Saxta pulların dövriyyədə olması halları artıbmı? Saxta pul aşkarlandıqda vətəndaş hara müraciət etməlidir? 

BBN.az Valyuta.az-a istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə saxta pul nişanlarının dövriyyədə olması ilə bağlı yayılan məlumatlar dezinformasiyadır.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, ölkədə milli valyutanın mühafizə elementləri yüksək təhlükəsizlik tələblərinə cavab verir və saxtalaşdırma səviyyəsi dünya valyutaları ilə müqayisədə xeyli aşağıdır. “Mərkəzi Bankın hüquq-mühafizə orqanları və banklarla birgə fəaliyyəti nəticəsində manatın saxtalaşdırılması halları çox aşağı səviyyədədir. Hətta son 3 ilin müvafiq dövrü ilə müqayisədə hazırda Mərkəzi Banka ekspertiza üçün təqdim olunmuş saxta pulların həcmində azalma müşahidə olunmaqdadır”, — deyə qurumdan bildirilib.

Qeyd olunub ki, vətəndaşlar milli valyutada olan pul nişanlarının mühafizə elementləri barədə məlumatları Mərkəzi Bankın rəsmi internet saytından (www.cbar.az) əldə edə bilərlər. Bununla yanaşı, əhalinin məlumatlılığını artırmaq məqsədilə Mərkəzi Bank tərəfindən mütəmadi olaraq banklarda, maliyyə təşkilatlarında və təhsil müəssisələrində maarifləndirici seminarlar keçirilir.

Şübhəli pul nişanları ilə rastlaşan vətəndaşlar həmin pulları ölkə ərazisində fəaliyyət göstərən istənilən banka, bank filiallarına, həmçinin Mərkəzi Banka və onun ərazi idarələrinə ekspertiza üçün təqdim edə bilərlər. “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na əsasən, şübhəli pul nişanları 15 iş günü ərzində ekspertiza olunur. Əgər bu müddətdə həqiqiliyi müəyyən etmək mümkün olmazsa, ekspertiza müddəti 30 iş gününədək uzadıla bilər.

Bundan əlavə, vətəndaşlar saxta pul nişanları ilə qarşılaşdıqları halda Daxili İşlər Nazirliyinin yerli polis orqanlarına da müraciət edə bilərlər.

Related posts

Azərbaycanda icbari sığorta müqavilələrinin sayı 1,5 milyona yaxınlaşıb

Sığorta şirkətlərinin İSB-yə sorğuları kəskin azalıb

İSB: Sığorta Sektorunun İnkişaf Strategiyasındakı 7 fəaliyyət üzrə işlər yekunlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı