Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarının nəzərinə - BBN

Elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarının nəzərinə

Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən, pensiya əlavələrinin əvəzinə eyni məbləğdə Prezidentin aylıq təqaüdü təsis edilib.

Təqaüdün təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proaktiv qaydada (vətəndaşın müraciəti olmadan) həyata keçirilir.

Hər hansı səbəbdən proaktiv təyinat aparılmamış bu kateqoriyadan olan vətəndaşlara Prezidentin təqaüdünün təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduqları rayon (şəhər) bölmələrinə, DOST mərkəzlərinin xidmət göstərdiyi rayonların sakinlərinin isə həmin mərkəzlərə aşağıdakı sənədlərlə müraciət etmələri tövsiyə olunur:

  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Əmək kitabçasının surəti;
  • Elmi dərəcəsini təsdiq edən sənədin surəti.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı