Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Elon Musk Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində sualları cavablandırıb - BBN

Elon Musk Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində sualları cavablandırıb

“SpaceX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru Elon Musk oktyabrın 5-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF) plenar iclasına canlı bağlantı ilə qoşulub.

BBN.az xəbər verir ki, “Gələcək üçün əvəzsiz imkanlar” mövzusunda keçirilən plenar iclas Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Clay Mourinin moderatorluğu ilə baş tutub.

Canlı bağlantı “SpaceX”in inqilabi “Starship” və “Super Heavy” daşıyıcısı haqqında bəhs edən Elon Musk və IAF prezidenti Kley Mouri arasında maraqlı müzakirə formatında keçirilir.

Elon Musk ona ünvanlanmış “SpaceX”in kosmik fəaliyyəti barədə sualları cavablandırıb.

İclasda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov və bir sıra dövlət rəsmiləri, konqress nümayəndələri iştirak edir.

Related posts

Süni intellekt bazarında yeni mərhələ: “OpenAI” “Cerebras” ilə əməkdaşlığa başladı

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Minimal komissiya ilə xaricə köçürmə fürsətini qaçırma!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı