Elon Musk-dan yeni bir qərar: Twitter-də “mavi tık” pullu olacaq, aya 8 dollar

Bu yaxınlarda Twitter-in 44 milyard dollarlıq alışını başa çatdıran, şirkətin San Fransiskodakı baş ofisinə mətbəx çanağı ilə gələn sosial şəbəkə platformasının yeni CEO-su, dünya milyarderlər siyahısında 1-ci yerdə qərarlaşan Elon Musk yeni bir addımı ilə gündəmə gəlib. O, hazırki sistemi tənqid edərək, bu haqda narazılığını ifadə edən tvit paylaşıb. 

BBN.az Sky News-a istinadən xəbər verir ki, yeni CEO elan edib ki, Twitter-də “mavi tık” istifadəçilərə aya 8 dollar, yaxud 7 funt sterlinqə başa gələcək. 

Musk bildirib ki, yeni aylıq haqq ilə birlikdə “mavi tık”lı istifadəçilər yeni üstünlüklər əldə edəcəklər, məsələn, adi istifadəçilərdən fərqli olaraq uzun video və səs yazıları paylaşa biləcəklər. Eləcə də bu yeniliklər axtarş, xatırlatma və cavablandırmaya da şamil ediləcək. 

Milyarder əlavə edib ki, xidmət haqqı isə digər ölkələrin məzənnəsinə uyğun olaraq dəyişəcək.

Qeyd edək ki, hazırda sosial platformadan mavi tık almaq üçün 6 təsdiq mərhələsindən keçməlisiniz, hesabınız isə real, aktiv, cəlbedici olmalıdır.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı