Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar bu ilin 6 ayında daha 50 beynəlxalq mükafat və sertifikata layiq görülüb

Ölkəmizdə əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlara beynəlxalq səviyyədə də yüksək qiymət verilir.

Bunun göstəricisi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları bu ilin 6 ayı ərzində daha 50 beynəlxalq mükafat və sertifikatla təltif olunub.

O cümlədən Dövlət Sosial Müdafiə Fondunda aparılan islahatlarla bağlı 17, sosial sahədə rəqəmsal nailiyyətlərlə bağlı 11, DOST Konsepsiyası ilə bağlı 4, Dövlət Məşğulluq Agentliyində aparılan islahatlarla bağlı 1 beynəlxalq mükafat və sertifikat əldə olunub.

Həmçinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 9,  Sosial Xidmətlər Agentliyinə 3, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya 5 beynəlxalq İSO sertifikatı təqdim olunub.

Dövlət xidmətlərinin «ASAN xidmət indeksi» üzrə qiymətləndirilməsində isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il də 1-ci yerə layiq görülüb.

Related posts

Mobil operatorlar yeddi ayda 700 mln. manata yaxın gəlir əldə ediblər

Nazir Rəşad Nəbiyev Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb

Dövlət Xidməti internet tariflərinin artımı ilə əlaqədar araşdırmalara başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı